YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının yaranmasının 33 illiyi qeyd olunub

Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram ifadə olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, partiya veteranları Fəxrəddin Caniyev, Nəzakət Heydərova, Bəxtiyar Hüseynov və ərazi partiya təşkilatının sədri Mayis Kazımov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir siyasi tarixində mühüm rol oynayır. Qeyd olunub ki, 1993-cü ildə Lənkəranda yaradılan Yeni Azərbaycan Partiyasının rayon təşkilatı qısa müddətdə rayonun ictimai-siyasi həyatında fəal mövqe tutaraq dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Natiqlər vurğulayıblar ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə mühüm töhfələr verir.

Sonra partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.