YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycan qadını dünyaya nümunədir"

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə partiya fəalları ilə görüş keçirilib.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, partiya veteranı İranə Həsənova, Mingəçevir Bələdiyyəsinin sədr müavini Ədalət Quliyeva, Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbi, direktor müavini Lalə Əliyeva  Ulu Öndər Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb, Ümummilli Liderin əsasını qoyduğu gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyiblər.

Həmçinin qeyd olunub ki, Azərbaycan qadınının ən böyük xidməti Vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Bu baxımdan, Azərbaycan qadını dünyaya nümunədir.

Daha sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv