Xəbərlər
“Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə “Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Onun sözlərinə görə, müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulması, milli maraqların qorunması və dövlətçilik ənənələrinin inkişafı məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyası bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
Gündüz Bayramov vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs hazırda uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkədə sabitlik və davamlı inkişaf təmin olunub.
Sonra YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova, partiya fəalları Təhminə Nəsibova, Elvar Səfərov, Səmra Məsimzadə, Maral Orucova və Elnaz Cəfərova çıxış edərək azərbaycançılıq ideologiyasının xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
