YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Ramazan ayı münasibətilə iftar mərasimi təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib.

İftar süfrəsində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, ərazi partiya təşkilat sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev və YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov bildiriblər ki, Ramazan ayının mənəvi dəyərlərlə zəngin olan mübarək günlərində təşkil olunan iftar süfrələri insanları birlik, mərhəmət və paylaşmaq ruhu ətrafında bir araya gətirir. Qeyd olunub ki, bu müqəddəs ay cəmiyyətimizdə həmrəylik, xeyirxahlıq və qarşılıqlı hörmət kimi ali dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. İftar süfrəsində bir araya gəlmək mənəvi saflaşmanın, eyni zamanda milli birlik və vəhdətin bariz nümunəsi kimi dəyərləndirilib.

Çıxışlarda vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil dövlətçilik, milli inkişaf və güclü Azərbaycan strategiyası ölkəmizin tərəqqisinin əsasını təşkil edir. Bildirilib ki, bu strateji kurs suverenliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin gücləndirilməsi, ordu quruculuğunun inkişafı və ölkəmizin beynəlxalq nüfuzunun artırılması kimi mühüm istiqamətləri əhatə edir.

Qeyd edilib ki, Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər xalqımızın əzmkarlığının və dövlət rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Dövlətimizin güclənməsi və möhkəmlənməsi milli həmrəyliyimizin daha da artmasına səbəb olub. Vurğulanıb ki, qazanılan bütün uğurların əsasında Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayır və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi kimi qalır.

Çıxış edənlər bildiriblər ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı sosial siyasətin ən mühüm istiqamətlərindən biridir. Onların rifahının yüksəldilməsi, problemlərinin həlli və layiqli həyat şəraitinin təmin olunması daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu qayğının xalqımızın öz qəhrəmanlarına olan dərin hörmətinin ifadəsi olduğu vurğulanıb.

İftar süfrəsində Ramazan ayının fəzilət və dəyərlərindən bəhs edilib, bu müqəddəs ayın birlik və həmrəylik ayı olduğu bildirilib. Müqəddəs Qurani-Kərimdən ayələr oxunub, ölkəmizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilib.