YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Samux şəhər Kolayır ərazi partiya təşkilatında “Sülhə sadiqlik prinsipinə əsaslanan qətiyyətli iradə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olur. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən balanslı xarici siyasət Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələri daha da gücləndirib.

G.Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda səsləndirdiyi fikirlər Azərbaycanın sülhə sadiqliyini və regional sabitliyin təmin olunmasında qətiyyətli mövqeyini bir daha nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olub.

Rayon təşkilatının sədri bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir və ölkəmizi regionda sülhün, sabitliyin və inkişafın əsas təşəbbüskarlarından birinə çevirir. Bu siyasət eyni zamanda Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi mövqeyini bir daha təsdiqləyir.

Daha sonra çıxış edən Samux şəhər 3 saylı tam orta məktəb üzrə ərazi partiya təşkilatının sədri Nuridə Həsənova, partiya fəalları Toğrul Coqiyev, Samir Qurbanov, Leyli Süleymanova və Lalə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini bildiriblər.

Natiqlər həmçinin qeyd ediblər ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ölkəmizin Avropa məkanı ilə əməkdaşlığının inkişafına mühüm töhfə verir.