YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı Zəfər və Böyük Qayıdış” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Bərdə rayonunun Cəyirli kənd ümumi orta məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şanlı Zəfər və Böyük Qayıdış” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Qələndər Zeynalov və digərləri çıxış ediblər.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbə və həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müasir tariximizin ən mühüm mərhələlərindən biridir. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək xalqımızın həsrətinə son qoyub.

Əldə olunan Qələbə nəticəsində azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin olunur.

“Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələr və doğma torpaqlara qayıdış prosesi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, görülən işlər Kəlbəcərin qısa müddətdə yenidən dirçəlməsinə və sakinlərin doğma yurdlarına qayıdışına mühüm töhfə verir.

Tədbirin sonunda YAP Kəlbəcər rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup üzvə fəxri fərmanlar təqdim olunub.