Xəbərlər
Qobustanda Heydər Əliyev irsinin təbliği məqsədilə tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının “Nizami Gəncəvi küçəsi” ünvanı üzrə (Elyar Vəliyev adına şəhər 2 saylı tam orta məktəb) ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi məqsədilə “Dahi Şəxsiyyət” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkəmizin inkişafında və müstəqilliyimizin qorunub saxlanılmasında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ulu Öndərin zəngin siyasi irsi bu gün də Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını təşkil edir.
Mövzu ətrafında çıxış edən ərazi partiya təşkilatının sədri Vüsalə Məmmədova, partiya üzvləri İlqar Alcanov, Güldəstə Bayımova və Tərxan Bəbirov Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışaraq onun siyasi irsinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonda YAP Qobustan rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə partiya fəalı İlqar Alcanova fəxri fərman təqdim olunub.
