Xəbərlər
Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
