YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Yevlax rayon təşkilatında partiya veteranları və fəalları ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, partiya üzvləri Vahid Quliyev və Sarvan Musayev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və xalqın rifahının yüksəldilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Sonda bir qrup partiya veteranı və fəalı rayon təşkilatının ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə təltif olunub.