YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda Novruz bayramı qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və digərləri bildiriblər ki, Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən, birlik, həmrəylik və yenilənmə rəmzi olan müqəddəs bayramdır.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına hədiyyələr təqdim olunub, YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.