YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Muxax kəndində şəhid Vidadi Məmmədovun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb. O, şəhidin şərəfli döyüş yolundan bəhs edib, bayram münasibətilə səmimi təbriklərini çatdırıb.

Daha sonra millət vəkili Suvagil kəndində seçicilərlə görüş keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Şəhid ailəsi və seçicilər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv