YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Ruhin Müzəffər oğlu Xəlilovun ailə üzvlərini ziyarət edib.

Millət vəkili 2020-ci il oktyabrın 22-də Qubadlı istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Ruhin Xəlilovun göstərdiyi şücaətdən danışıb. Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıq göstərmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.