Xəbərlər
Bərdədə şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya aparatın kollektivi ilə birlikdə Aprel döyüşlərində həlak olan şəhidlərin ailə üzvləri ilə görüşüb, onların xatirəsini ehtiramla yad ediblər.
Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 10 il bundan əvvəl – 2016-cı ildə Aprel döyüşlərində əldə olunan Qələbənin torpaqlarımızın işğaldan azad edilməsi yolunda dönüş nöqtəsi olduğunu bildirib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyi nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin olunub.
Görüşdə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Ziya Niyazi oğlu Həsənov və Səbuhi Rəfael oğlu Musayevin keçdiyi döyüş yolundan bəhs edilib. Vurğulanıb ki, onların şücaəti Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib.
Şəhid ailələri bu kateqoriyadan olan şəxslərə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
