YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Zəfərə aparan yol: Aprel döyüşləri" adlı tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin (BDU) “YENİ Klub”unun birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Aprel döyüşləri” adlı tədbir keçirilib.

BDU-nun Heydər Əliyev Muzeyində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri, ərazi partiya təşkilatının sədri Amil Sefiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Samir İsmiyev, Aprel döyüşləri və Vətən müharibəsi qazisi Cümşüd Hüseynov, BDU-nun Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidbəyova bildiriblər ki, 2016-cı ilin Aprel döyüşlərindən 10 il ötür və bu hadisə Azərbaycanın hərbi gücünün real təzahürü kimi tarixə düşüb.

Qeyd olunub ki, əldə edilən uğurların ideoloji əsası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına dayanır. Bu xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində 2000 hektardan artıq ərazini azad edib, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi nəzarətə götürülüb.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv