Xəbərlər
Bərdədə partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında bir qrup partiya veteranı ilə görüş keçirilib.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının 55 və 70 illiyi münasibətilə təbrik edib. F.Şadlinskaya bildirib ki, onlar Ulu Öndər Heydər Əliyev ideyalarına inam və ehtiram nümayiş etdirib, partiyaya sədaqətlərini əməli işləri ilə təsdiq ediblər.
Görüşdə 55 yaşı olan, Vətən müharibəsi şəhidi Ərəstun Xıdırovun anası Səidə Qarayeva, 70 yaşı olan, pedaqoq və şəhər 1 saylı tam orta məktəbin direktoru olaraq fəaliyyət göstərmiş Qanboy Məmmədov, 70 yaşı olan, mədəniyyət sahəsində çalışmış İradə Səfərova Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər. Onlar partiya sıralarında olduqları ötən müddət ərzində xatirələrini bölüşüb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlərlə fəxr etdiklərini bildiriblər.
Görüşdə partiya veteranlarına YAP Bərdə rayon təşkilatı tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
