YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan istedadlı uşaqların “Şəhərsalma və Memarlıq İli” mövzusunda hazırladıqları rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən qədim tariximizi və milli-mədəni irsimizi əks etdirən sərgi təşkil olunub.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər muzeylərin tarixi-mədəni irsin qorunması, gələcək nəsillərə ötürülməsi və gənclərdə milli-mənəvi dəyərlərin formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısı muzeylərin fəaliyyətinin genişlənməsinə və zəngin irsimizin daha geniş şəkildə təbliğinə şərait yaradır.

Sonra Şəmkir Rayon Mədəniyyət Mərkəzinin təqdimatında bədii hissə təqdim olunub.

Tədbirin sonunda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv