YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənc Kadr” proqramı çərçivəsində “İODİCO” MMC-yə təcrübə səfəri təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində proqram iştirakçılarının “İODİCO” MMC-yə təcrübə səfəri təşkil olunub.

Səfər zamanı iştirakçılara ilkin olaraq müəssisədə tətbiq olunan əməyin təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, istehsalat sahəsində təhlükəsizlik standartlarına riayət olunmasının vacibliyi izah edilib.

Daha sonra gənclər müəssisənin istehsal sahələri ilə yaxından tanış olublar.

“İODİCO” MMC-nin Yod istehsalı sexinin rəisi Etibar Qəniyev tərəfindən mədən sularından yodun alınması prosesi gənclərə əyani şəkildə nümayiş etdirilib. Təqdimat zamanı mədən sularının emalı mərhələləri, xammalın qəbulundan son məhsulun əldə olunmasına qədər olan texnoloji proses, istehsalat zamanı istifadə olunan avadanlıqlar, laborator nəzarət mexanizmləri, məhsulun keyfiyyət standartları və istehsalatın təşkil prinsipləri barədə geniş məlumat verilib.

Eyni zamanda, iştirakçılar müəssisədə tətbiq olunan müasir texnologiyalar, istehsal prosesinin idarə olunması, əmək bölgüsü, texniki nəzarət sistemi və sənaye sahəsində peşə istiqamətləri ilə də tanış olublar. Gənclər onları maraqlandıran suallar ətrafında müəssisə əməkdaşları ilə fikir mübadiləsi aparıblar.