Xəbərlər
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm".
