YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

2 saylı Uşaq evi sosial xidmət müəssisəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhəri 2 saylı Uşaq evi sosial xidmət müəssisəsi ziyarət olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ərazi partiya təşkilatının sədri Elviz Qasımov, hər iki qurumun əməkdaşları və partiya könüllüləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, uşaqlar hər bir xalqın gələcəyi, dövlətin ən qiymətli sərvəti və sabahın qurucularıdır. Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam, savadlı və vətənpərvər ruhda formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və uşaqların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar layihələrin minlərlə uşağın həyatında mühüm və müsbət dəyişikliklər yaratdığı diqqətə çatdırılıb. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən uşaq evləri və internat məktəblərinin yenidən qurulması, uşaqların keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, eləcə də onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir.

Sonra Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təqdimatında konsert proqramı nümayiş etdirilib.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.