YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Media savadlılığı və sosial şəbəkələrdə kommunikasiya”

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində növbəti təlim “Media savadlılığı və sosial şəbəkələrdə kommunikasiya” mövzusuna həsr olunub.

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Fərid Həmzəyev tərəfindən keçirilən təlim zamanı poqram iştirakçılarına media savadlılığının əhəmiyyəti, sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə prinsipləri, rəqəmsal kommunikasiya bacarıqları, informasiya təhlükəsizliyi, kibertəhdidlərdən qorunma üsulları, eləcə də dezinformasiya və saxta məlumatların müəyyənləşdirilməsi istiqamətində ətraflı məlumat verilib.

Eyni zamanda, sosial şəbəkələrdə etik davranış qaydaları, şəxsi məlumatların qorunması, ictimai kommunikasiya zamanı diqqət edilməli məqamlar və rəqəmsal platformalarda düzgün informasiya paylaşımının əhəmiyyəti barədə iştirakçılarla fikir mübadiləsi aparılıb. Təlim interaktiv müzakirələrlə davam edib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv