YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Masallıda silsilə tədbirlər təşkil olunub

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər təşkil olunub.

Tədbirlər çərçivəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Tariximizin Qurtuluş zirvəsi” mövzusunda növbəti seminarı, eləcə də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” mövzusunda tədbir keçirilib.

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O bildirib ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin qorunması və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Vurğulanıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə hökm sürən siyasi böhranın, xaos və anarxiyanın aradan qaldırılmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və sabitliyin bərpasına imkan yaradıb.

Qeyd olunub ki, müasir Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, ölkəmizin beynəlxalq nüfuzu daha da artır, dövlətimizin gücü möhkəmlənir. Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpası Heydər Əliyev ideyalarının və dövlətçilik siyasətinin uğurlu nəticəsidir.

Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında Ümummilli Liderin formalaşdırdığı dövlətçilik ideologiyasının əsas istiqamətlərindən, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu və milli maraqların qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs edib. O qeyd edib ki, milli ideya və ideologiyaya söykənən dövlətlər daim güclü və dayanıqlı olur.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyətdən danışıb. Bildirib ki, 1993-cü ilin iyununda xalqın çağırışı ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş nöqtəsi olub və məhz buna görə 15 İyun tarixi xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qeyd edilir.

Tədbirlərdə çıxış edən partiya fəalları və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, inkişafı və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edərək, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv