YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“15 İyun: Qurtuluşdan inkişafa aparan yol”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov və Misir Mərdanov, Milli Məclisin deputatları Mahir Süleymanlı və Göydəniz Qəhrəmanov, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal bələdiyyəsinin sədr müavini Fuad Mirələmov, Xalq artisti Vamiq Məmmədəliyev, həmçinin rayon ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Texniki Universitetində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov və Misir Mərdanov, Milli Məclisin deputatları Mahir Süleymanlı və Göydəniz Qəhrəmanov çıxış edərək  Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu bildirib, bu tarixin dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və ölkənin inkişaf yoluna çıxmasının başlanğıcı kimi qiymətləndirildiyini deyiblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik ənənələrinin möhkəmlənməsinə, hüquqi dövlət quruculuğuna və milli ideologiyanın formalaşmasına mühüm töhfə verib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ölkənin müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına və regionun lider dövlətinə çevrilməsinə imkan yaradıb. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərin bu siyasi kursun uğurlu davamının nəticəsi olduğunu qeyd ediblər.

Sonra bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda bədii hissə təqdim olunub.