YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Gülnar Qəhrəmanova, şəhid atası Elxan Abdullayev, partiya veteranı Ramil Qurbanov, gənc partiya fəalları Fəridə Xudiyeva və Nicat Göşşüyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, müstəqil Azərbaycanın inkişafı naminə həyata keçirdiyi mühüm layihələrdən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf edərək regionun lider dövlətinə və beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevrilib. Ulu Öndərin ideyaları və dövlətçilik prinsipləri müasir dövrdə uğurla həyata keçirilir, ölkəmiz yeni nailiyyətlərə imza atır.

Tədbirin bədii hissəsində Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Sonda yubiley yaşı tamam olan partiya veteranları fəxri fərman ilə təltif olunub, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilib.