YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ölkənin sosial siyasətinin mühüm istiqamətlərindən biridir”

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatında “Sağlam xalq güclü dövlətin təməlidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizin son illərdə əldə etdiyi uğurlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilib, yeni xəstəxana, poliklinika və sanatoriyalar tikilərək istifadəyə verilib, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib. Vurğulanıb ki, həmin dövrlər Azərbaycan səhiyyəsinin inkişaf və dirçəliş mərhələsi kimi tarixə düşüb.

Vüqar İsayev qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatlar, müasir tibb müəssisələrinin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması ölkənin sosial siyasətinin mühüm istiqamətlərindən biridir.

Daha sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Vüsalə Qələndərova və digərləri ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə danışıblar.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv