YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən rayonun Lürən kəndində yaşayan I Qarabağ müharibəsi şəhidi Faiq Xubalı oğlu Şükürovun anası Cahan Şükürova 80 illik yubileyi münasibətilə ziyarət olunub.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhid ailələrinə dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan bəhs edib, onların cəmiyyətimizdə daim yüksək ehtiramla yad olunduğu və şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb.

Bildirilib ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və onların mənəvi cəhətdən dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Yeni Azərbaycan Partiyası da bu istiqamətdə həyata keçirilən təşəbbüslərə öz töhfəsini verməyə davam edir.

Səmimi söhbət şəraitində keçən görüşdən məmnunluğunu ifadə edən şəhid anası Cahan Şükürova ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib.