YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yeni təyin olunmuş sədri İlqar İlyasov ictimaiyyətə təqdim edilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, partiyanın Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısının birinci müavini Emil Abbasov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və şəhid anası Leyla Musayeva çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında, dövlət quruculuğu prosesində və Azərbaycanın davamlı inkişafında mühüm rol oynadığı qeyd edilib. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərdən danışıb, 2020-ci ildə qazanılan şanlı Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpasını Ulu Öndərin dövlətçilik strategiyasının uğurlu nəticəsi kimi dəyərləndiriblər.

Sonra partiyanın Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri layiqincə və məsuliyyətlə yerinə yetirəcəyini deyib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.