YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 57 illiyi ilə bağlı gənclərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Vasif Qafarov bildiriblər ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkənin gələcək inkişaf strategiyasının əsasını qoyub, iqtisadiyyatın, sənayenin, elm və təhsilin, mədəniyyətin inkişafına yeni təkan verib.

Həmin dövrdə güclü sənaye potensialı yaradılıb, iri infrastruktur layihələri həyata keçirilib, milli kadr hazırlığına xüsusi diqqət yetirilib. Minlərlə azərbaycanlı gəncin keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi sonradan müstəqil Azərbaycanın idarəçilik və elmi potensialının formalaşmasında mühüm rol oynayıb.

Bildirilib ki, 1969-1982-ci illərdə yaradılmış iqtisadi baza və insan kapitalı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərin aradan qaldırılmasında mühüm dayaq olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik, sabitlik və uzaqgörən siyasət xəttinin məntiqi davamı idi. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Görüş interaktiv formatda davam edib, gənclərin sualları cavablandırılıb.