YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şahbuz rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Şahbuz rayon təşkilatının yeni təyin olunmuş sədri Nicat Ələkbərov ictimaiyyətə təqdim edilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, YAP Şahbuz rayon təşkilatının sabiq sədri Rizvan Məmmədov, partiya veteranları Məhərrəm İsmayılov, Səadət Abdinova və ərazi partiya təşkilatının sədri Gülnar Əlizadə bildiriblər ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizin inkişaf tarixinə mühüm nailiyyətlər və əlamətdar hadisələrlə həkk olunub. Bildirilib ki, ötən dövr ərzində Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və ölkənin davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsinə əhəmiyyətli töhfələr verib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu möhtəşəm Qələbə nəticəsində Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixində öz layiqli yerini tutub.

Vurğulanıb ki, əldə olunan bütün bu uğurlar ölkə rəhbərliyinin uzaqgörən, məqsədyönlü və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın güclü dövlət kimi inkişafının və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinin bariz ifadəsidir.

Sonra partiyanın Şahbuz rayon təşkilatının sədri Nicat Ələkbərov ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Şahbuz rayon təşkilatının sədri Nicat Ələkbərov çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və məsuliyyətlə gələcəyini deyib.