YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tərəqqi yolunun başlanğıcı”

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə Ağdaş rayonunda silsilə tədbirlər təşkil olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövzusunda keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, partiya fəalları Tarıyel Günəşov, Vəfa Abdullayeva və Esmira Məmmədova bildiriblər ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, həmin dövrdən etibarən respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, sənaye və kənd təsərrüfatı inkişaf edib, yeni yollar çəkilib, məktəblər, xəstəxanalar və mədəniyyət müəssisələri istifadəyə verilib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəm təməlini formalaşdırıb.

Natiqlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycanın davamlı inkişafını təmin etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirildiyini qeyd ediblər. Çıxışlarda Azərbaycanın əldə etdiyi nailiyyətlərin və qazandığı tarixi Zəfərin bu uzaqgörən siyasətin məntiqi nəticəsi olduğu vurğulanıb.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

YAP Ağdaş rayon təşkilatı tərəfindən Ümummilli Liderin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya da təşkil olunub. Partiya fəalları muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə aşılanmasının və dövlətçilik dəyərlərinin təbliğinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.