YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, AMEA-nın Rəyasət Heyətinin və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” adlı lektoriya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 14 iyul 1969-cu ilin Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində inkişafına, milli-mədəni irsin beynəlxalq aləmdə tanıdılmasına və müasir dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfə verib. Akademik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs uğurla davam etdirilir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ölkənin hərtərəfli inkişaf strategiyasının əsasını qoyub. Onun sözlərinə görə, həmin dövrdə iqtisadiyyat, təhsil, elm və milli kadr hazırlığı sahələrində mühüm nailiyyətlər əldə olunub, dövlətçilik ənənələri möhkəmləndirilib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xəttin uğurla davam etdirildiyini, Azərbaycanın tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova da çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, elm, təhsil və milli-mənəvi dəyərlərin inkişafındakı tarixi xidmətlərindən bəhs ediblər.

Sonra bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.