YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.”

DİGƏR Xəbərlər Arxiv