Xəbərlər
Prezident İlham Əliyev Kamil Xasiyevin Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Kamil Tacid oğlu Xasiyevin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında, eyni zamanda Sloveniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
