YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi-iqtisadi tərəfdaşlığın unikal modeli

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Son illərdə Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksələn əlaqələr artıq yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır, iqtisadi, nəqliyyat, enerji, humanitar və regional əməkdaşlığın daha geniş və praktiki platformasına çevrilir. Prezident İlham Əliyev 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkə münasibətlərinin ən yüksək səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini və münasibətlərin yeni məzmun qazandığını vurğulayıb.

Bu yeni mərhələnin əsas siyasi hadisəsi 23–24 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəridir. Səfər çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclası keçirilir. Şuranın gündəliyində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi əsas məsələlərdən biridir.

Tərəflər qarşılıqlı ticarətin artırılması, biznes dairələri və regionlar arasında əməkdaşlığın genişləndirilməsi, investisiya layihələrinin həyata keçirilməsi və birgə istehsal imkanlarının artırılmasına xüsusi diqqət yetirirlər. 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı müttəfiqlik münasibətlərinin 2025–2029-cu illər üzrə Yol Xəritəsi qəbul edilib. Həmin görüşdə ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəfi də müəyyənləşdirilib.

Kənd təsərrüfatı da Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektivli istiqamətlərindəndir. 2025-ci ildə 2025–2027-ci illər üzrə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq Yol Xəritəsi qəbul edilib.

Enerji sahəsində də əlaqələr genişlənir. Azərbaycan və Özbəkistan neft-qaz, geoloji kəşfiyyat, kimya sənayesi və yaşıl enerji istiqamətlərində birgə layihələrin inkişaf etdirilməsini müzakirə edirlər.

Azərbaycan–Özbəkistan münasibətlərinin 2026-cı ildə yeni mərhələyə keçməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk dünyasının və Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin gələcəyi baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın Cənubi Qafqazdakı mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və siyasi çəkisinin birləşməsi yeni əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ticarət və investisiyaların artırılması və Türk dövlətlərinin qlobal iqtisadi proseslərdə rolunun yüksəldilməsi üçün mühüm potensiala malikdir.

Azərbaycan–Özbəkistan münasibətlərində sadəcə növbəti diplomatik mərhələ deyil, müttəfiqliyin praktiki məzmun qazandığı yeni dövr kimi tarixə düşür. Əgər əvvəlki mərhələdə əsas məqsəd siyasi etimadın və hüquqi müttəfiqlik bazasının yaradılması idisə, yeni mərhələnin əsas hədəfi bu siyasi yaxınlığı ticarətə, investisiyaya, nəqliyyat dəhlizlərinə, regional layihələrə, humanitar əlaqələrə və real iqtisadi nəticələrə çevirməkdir. Ali Dövlətlərarası Şuranın 23 avqust 2026-cı ildə keçirilən üçüncü iclası da məhz bu istiqamətdə mühüm platformadır.

DİGƏR Xəbərlər Arxiv