YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirakından, onların müxtəlif layihələrin reallaşdırılmasında rolundan və gələcək fəaliyyət istiqamətlərindən bəhs edib.

Rayon təşkilatının sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi milli maraqların qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir. Rayon təşkilatının işində fəalların rolunun xüsusi əhəmiyyət kəsb etdiyi, onların təşəbbüskarlığı və ictimai-siyasi proseslərdə yaxından iştirakının görülən işlərə mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə fəalların fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.