Xəbərlər
YAP Şəmkir rayon təşkilatı tərəfindən Qarabağa səfər təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən Qarabağ iqtisadi rayonuna səfər təşkil edilib.
Səfərdə YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon təşkilatı aparatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini və İsa bulağını ziyarət ediblər.
Qarabağın müqəddəs torpaqlarını ziyarət etmək, Zəfər tarixinin canlı şahidi olmaq və burada yaradılan yeni reallıqları görmək səfər iştirakçılarına böyük qürur və fəxarət hissi yaşadıb.
İştirakçılar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri ilə yaxından tanış olublar. Ağdamda aparılan sürətli yenidənqurma layihələri, Xankəndidə formalaşan yeni inkişaf mühiti, Şuşanın tarixi-mədəni simasının bərpası və şəhərin əvvəlki şöhrətinin yenidən özünə qaytarılması istiqamətində görülən işlər səfər iştirakçılarında böyük təəssürat yaradıb.
Qarabağa səfər iştirakçılar üçün həm Zəfər tariximizin qürurunu bir daha yaşamaq, həm də azad edilmiş ərazilərdə aparılan möhtəşəm quruculuq prosesini yaxından müşahidə etmək baxımından əlamətdar və yaddaqalan olub.
