YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Trinidad və Tobaqo Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".