YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Şəmkir RİH-in başçısı Rəşad Tağıyev tələbə adını qazanan məzunları yüksək nəticə münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. RİH başçısı bildirib ki, hər bir gəncin yüksək nəticə göstərərək ali məktəbə qəbul olunması yalnız onun şəxsi uğuru deyil, eyni zamanda ailələrinin və müəllimlərinin böyük əməyinin nəticəsidir. R.Tağıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişafında təhsilin və savadlı gənc nəslin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Ulu Öndərin müəyyən etdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir təhsil infrastrukturunun yaradılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və gənclərin geniş təhsil imkanları ilə təmin olunması istiqamətində mühüm layihələr həyata keçirilir”.

YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxışında bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı, dövlətimizin başçısı İlham Əliyevin müvafiq tapşırıqları ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Qeyd olunub ki, hər il rayon üzrə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Rayon təşkilatının sədri tələbə adını qazanan gənclərin gələcəkdə öz bilik və bacarıqları ilə ölkəmizin inkişafına töhfə verəcəklərinə, dövlətimizə və xalqımıza layiqli mütəxəssislər kimi xidmət göstərəcəklərinə əminliyini ifadə edib.

Çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yüksək nəticə göstərən gənclərlə belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara göstərilən etimadı doğrultmaq üçün bundan sonra da həvəslə çalışacaqlarını, seçdikləri ixtisaslar üzrə yüksək biliklərə yiyələnərək dövlətimizə layiqli vətəndaş kimi xidmət edəcəklərini qeyd ediblər.

Sonda tələbə adını qazanan məzunlar YAP Şəmkir rayon təşkilatının hədiyyələri ilə mükafatlandırılıb, həmçinin Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

DİGƏR Xəbərlər Arxiv