Xəbərlər
Bərdədə yüksək bal toplayan tələbələrlə görüş keçirilib
YAP Bərdə rayon təşkilatı 2025/2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya gəncləri tələbə adı qazanmaqları münasibətilə təbrik edib. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət təhsil siyasətinin Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Təşkilat sədri, həmçinin Bərdə rayonunda təhsilin inkişafı istiqamətində reallaşdırılan işləri diqqətə çatdırıb.
Görüşdə məktəb direktorları, tələbələr və valideynlər çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya yüksək bal toplayan tələbələrə mükafatlar təqdim edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
