YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının IX konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətində yeni mərhələ başlanıb, təşkilati işin daha da təkmilləşdirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəli qurulması istiqamətində mühüm addımlar atılıb. Yeni çağırışlar nəzərə alınmaqla YAP Samux rayon təşkilatının fəaliyyəti də ardıcıl və məqsədyönlü şəkildə təşkil edilib. Qeyd edilib ki, rayon təşkilatının fəaliyyətində daha çevik təşkilati yanaşmaların tətbiqi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması, eləcə də ərazi partiya təşkilatları ilə işin və siyasi maarifləndirmənin sistemli şəkildə aparılması diqqət mərkəzində saxlanılıb.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev YAP-ın ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətini qeyd edərək, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində görülən işləri və məqsədyönlü tədbirləri diqqətə çatdırıb. O, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdən, regionların davamlı inkişafına yönəlmiş layihələrdən bəhs edib. RİH başçısı, həmçinin Samux rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolu, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri və yeni dövrün hədəfləri barədə ətraflı məlumat verib.

Konfransda çıxış edən Sərkar kənd ərazi partiya təşkilatının üzvü Günel Əhmədova, Qədili kənd ərazi partiya təşkilatının üzvü Röyal Əlizadə, Qarabağlı kənd ərazi partiya təşkilatının sədri Bəxtiyar Məmmədov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolunu, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov partiyanın Samux rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatlarında işin səmərəli təşkili və partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb. O, rayon təşkilatının qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirdiyi işlərdən danışaraq, əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.

Konfransda YAP Samux rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.