YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəhid əmanəti”

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə tədris ilinin başlanması ərəfəsində məktəbli şəhid övladlarının iştirakı ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Çıxış edən Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Etibar Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, şəhidlərin misilsiz qəhrəmanlığından söz açıb. Vurğulanıb ki, şəhid ailələri ilə görüşlərin keçirilməsi YAP Sumqayıt şəhər təşkilatının fəaliyyətində mühüm önəm kəsb edir. Bu cür tədbirlər şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını nümayiş etdirməklə yanaşı, cəmiyyətimizdə milli həmrəylik və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.

Tədbir çərçivəsində şəhid övladlarına yeni dərs ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları təqdim olunub, onların yeni tədris ili ilə bağlı fikirləri dinlənilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.