YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü iradə, aydın məqsəd, parlaq gələcək!

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının IV konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində mühüm inkişaf yolu keçərək ölkənin aparıcı və mütəşəkkil siyasi qüvvələrindən birinə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, YAP öz fəaliyyətində milli maraqların qorunmasını və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.

Pirallahı  Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün öz tarixinin ən qüdrətli və dinamik inkişaf edən dövrlərindən birini yaşayır. Həyata keçirilən siyasət ölkənin milli maraqlarına və dövlətçilik prinsiplərinə əsaslanır. Ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkənin davamlı inkişafı və qarşıdakı hədəflərə inamla irəliləməsi üçün möhkəm zəmin yaradır.

YAP İdarə Heyətinin üzvü Rauf Əliyev diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla keçərək cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın 750 mindən çox üzvünün olması partiyaya göstərilən yüksək ictimai etimadın və xalqın partiyaya olan inamının bariz göstəricisidir.

Daha sonra SOCAR “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev, Pirallahı Tibb Mərkəzi PHŞ-nin direktoru  Şöhrət Söyziyev, Pirallahı Rayon Ağsaqqallar şurasının sədri Əli Kərimov və şəhid anası Çiçək Nəbiyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərdiyini qeyd ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov isə Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra təşkilati sahədə görülən işlər, strukturun təkmilləşdirilməsi istiqamətində atılan addımlar və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetlər barədə məlumat verib. O qeyd edib ki, partiyanın ictimai dayaqlarının möhkəmləndirilməsi, yerli təşkilatların fəaliyyətinin səmərəli təşkili, üzvlərlə işin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətlə əlaqələrin daha effektiv qurulması ilə sıx bağlıdır.

Konfransda YAP Pirallahı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv