Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.
Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
