YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününün altıncı ildönümü ilə əlaqədar Tərtər rayonunun Düyərli kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in, rayon təşkilatının nümayəndələri, 42 nömrəli Yol İstismarı MMC-nin, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və partiya könüllüləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 150 ədəd Eldar şamı əkilib. Əkilmiş ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb, yaşıllıq sahələrində aqrotexniki qaydalara uyğun qulluq işləri aparılıb.

DİGƏR Xəbərlər Arxiv