YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi yaddaş, müasir quruculuq, gələcək hədəflər

Əli Hüseynli

Milli Məclisin deputatı

Zəngilan Azərbaycanın həm tarixi acılar, həm də möhtəşəm dirçəliş və Böyük Qayıdış təntənəsi yaşadan müqəddəs və strateji bölgələrindən biridir.

XIX əsrin əvvəllərində Rusiya tərəfindən işğal edilərək Zəngəzur qəzası tərkibinə daxil edilən bölgə, 1920-ci ildə bolşeviklərin təzyiqi ilə ağrılı tarixi proseslərlə üzləşdi. 1993-cü il oktyabrın 29-da 67 günlük ağır mühasirədən sonra işğal olunan Zəngilan, 27 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 20 oktyabr 2020-ci ildə qüdrətli ordumuz tərəfindən azad edildi.

Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş 20 Oktyabr – Zəngilan şəhəri günü hər il ölkə ictimaiyyəti tərəfindən təntənəli surətdə qeyd olunur.

Bu gün artıq azad nəfəs alan Zəngilan sürətlə yenidən qurulur. Dünya miqyasında unikal "Ağıllı kənd" kimi tanınan Ağalı kəndi, eləcə də Zəngilan şəhəri və Məmmədbəyli kəndi sakinlərini qoynuna alıb. Şəhərin 2040-cı ilədək inkişaf Baş planı icra edilir, müasir yaşayış kompleksləri istifadəyə verilir.

Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Ağbənd dəmir yolu və 126.3 kilometrlik Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu bölgəni beynəlxalq nəqliyyat xəritəsinin mərkəzinə çevirir.

Həkəri çayı üzərində qurulan Arximed tipli su elektrik stansiyaları, yaşıllaşdırma layihələri və Azərbaycan-Türkiyə ortaq layihəsi olan "Dost Aqropark" rayonun iqtisadi gücünü bərpa edir.

Beləliklə, Zəngilanın dirçəlişi sadəcə bir bölgənin quruculuq salnaməsi deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən regional güc nümayişidir. 132 kilometrlik Azərbaycan-İran sərhədinin bərpası və addım-addım gerçəkləşən Zəngəzur dəhlizi tarixi ədalətin masada və meydanda təsdiq olunmasının ən parlaq sübutudur. Dünən didərgin düşən zəngilanlıların bu gün öz doğma torpaqlarında qurduğu firavan həyat, zamanında xalqımıza qarşı edilən tarixi haqsızlıqlara və işğalçılıq siyasətinə verilən ən qətiyyətli və sarsılmaz cavabdır.