Xəbərlər
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam”

Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı bu adda məktəblilərarası inşa yazı müsabiqəsi keçirilib
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Gənclər İdman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə bağlı “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda məktəblilərarası inşa yazı müsabiqəsi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Liderdir: “Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.”
Sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müsabiqənin şərtləri və qaydaları haqqında iştirakçıları məlumatlandırıb.
Müsabiqədə rayonun 42 ümümtəhsil məktəbindən olan IX-XI sinif şagirdəri iştirak edib. Qaliblər müəyyən olunub.