YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan səhiyyəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri”

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının və Tovuz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Azərbaycan səhiyyəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Azərbaycan səhiyyəsinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda videoçarx nümayiş olunub.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, RİH başçısının müavini Təranə Bayramova, “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov Azərbaycan səhiyyəsinin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyiblər. Qeyd olunub ki, Heydər Əliyev səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib: “Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndər Heydər Əliyevin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin amallarına sadiq olan dövlət başçısı insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır”.

Xəstəxananın Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Səadət Seyidova, Uşaq şöbəsinin müdiri Aybəniz Dəmirova, Alakol kənd həkim məntəqəsənin müdiri Telman Cəfərov və Dondar Quşçu kənd həkim məntəqəsinin müdiri Zirəddin Tağıyev bu gün Azərbaycan səhiyyəsinin dinamik inkişaf yolunda olduğunu qeyd ediblər.

Sonra bir qrup səhiyyə işçisinə fəxri fərman, təşəkkürnamələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.

DİGƏR Xəbərlər Arxiv