YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir Konstitusiyamızın banisi və suverenliyimizin təminatçısı”

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müasir Konstitusiyamızın banisi və suverenliyimizin təminatçısı” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, “Aşıq Əhməd küçəsi 36” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevinc Həsənova, YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Gülnar Məmmədova, Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynurə Mehdizadə, “Aşıq Əhməd küçəsi 36” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Valeh Feyzullayev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə fəxri fərman təqdim olunub. 

DİGƏR Xəbərlər Arxiv