YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda Ulu Öndərə həsr olunan intellektual yarış keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayonunda ümumtəhsil məktəblərini, müəssisə və təşkilatları təmsil edən komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru və Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda böyüklərdən ibarət 25 komanda mübarizə aparıb.

Yarışın açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıblar.

Yekun nəticələrə əsasən, Xaçmazqışlaq kənd tam orta məktəbin komandası intellektual yarışın qalibi adını qazanıb. Qumlaq kənd tam orta məktəbin “Dəmir yumruq” və Nail İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin “Nail” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İntellektual yarışın qalibləri kubok, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

DİGƏR Xəbərlər Arxiv