Xəbərlər
Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra yarışlar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı, Göygöl rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Gənclər sektorunun birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Ulu Öndər Heydər Əliyev uşaqların gözü ilə” adlı məktəblilərarası rəsm müsabiqəsi, “Mən fəxr edirəm ki Azərbaycanlıyam” adlı məktəblilərarası bilik yarışması, “Yeni qələbələrə doğru” adlı basketbol, kikboksinq və karate idman növü üzrə yarışlar keçirilib.
Bilik yarışmasında Göygöl rayonu, Gəncə kənd tam orta məktəbinin komandası I yerə, Üçtəpə kənd tam orta məktəbinin komandası II yerə, Yeni Qızılca kənd tam orta məktəbinin komandası III yerə, Kərəmli kənd tam orta məktəbinin komandası IV yerə, rəsm müsabiqəsində Göygöl şəhər 3 saylı tam orta məktəbin VII sinif şagirdi Qurbanzadə Fərid İlham oğlu I yerə, Göygöl şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Bayramov Tamerlan Taleh oğlu II yerə, Quşqara kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədova Nuray Murad qızı III yerə, Toğanalı kənd tam orta mıktəbin VI sinif şagirdi Həsənova Leyla Səbuhi qızı IV həvəsləndirici yerə, basketbol idman növü üzrə yarışmada Xaqani kənd tam orta məktəbinin komandası I yerə, Göygöl şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, Aşıqlı kənd tam orta məktəbin komandası isə III yerə, kikboksinq idman növü üzrə yarışmada müxtəlif çəki dərəcəsindən olan Göygöl şəhər 5 saylı tam orta məktəbin III sinif şagirdi Mahmudbəyli Ağamirzə Hikmət oğlu I yerə, Göygöl şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdi Hüseynzadə Ramal Turan oğlu I yerə, Göygöl Təbiət Təmayüllü Fənlər Liseyinin VIII sinif şagirdi İbrahimli İbrahim Cabir oğlu I yerə, Hacıməlik qəsəbə 1 saylı tam orta məktəbin VI sinif şagirdi Cəfərli İsmayıl Coşqun oğlu I yerə, aşihara karate idman növü üzrə yarışmada müxtəlif çəki dərəcəsindən olan Göygöl şəhər 5 saylı tam orta məktəbin VII sinif şagirdi Həşimli Çiçək Mehdi qızı I yerə, Göygöl şəhər 4 saylı tam orta məktəbin VII sinif şagirdi Abbaslı Zahid Elşad oğlu I yerə, Göygöl şəhər 5 saylı tam orta məktəbin VIII sinif şagirdi Qocayev Ümid Elşad oğlu I yerə layiq görülmüşlər.
Yarışlarda qalib olan komandalara və iştirakşılara Göygöl Rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatı tərəfindən diplomlar və kuboklar təqdim olunub.
Həmçinin partiya həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.