Xəbərlər
Yevlaxda “Heydər Əliyev: Böyük azərbaycanlı” mövzusunda yazı müsabiqəsinin qalibləri təltif olunub
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə partiya fəalları və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş “Heydər Əliyev: Böyük azərbaycanlı” adlı yazı müsabiqəsinin qalibləri təltif olunub.
Yazı müsabiqəsində Yevlax şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abuşova Nərmin Dilqəm qızı 1-ci yerə, Yevlax şəhər 3 nömrəli tam orta məktəbin direktor müavini Hüseynova Könül Nazim qızı 2-ci yerə, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Həsənova Jalə Məzahir qızı 3-cü yerə layiq görülüb.
Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.